Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı azalıb
Bu ilin on ayında ölkəyə 13,5 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
SİA Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 70,1 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin yanvar-noyabr aylarında 73,3 milyon dollarlıq 14,9 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB