Bu il Davos Dünya İqtisadi Forumu təxirə salınıb

Bu il Davos Dünya İqtisadi Forumu təxirə salınıb

2022-ci il Davos Dünya İqtisadi Forumu təxirə salınıb. SİA-nın məlumatına görə, bu barədə forumun direktoru Adrian Monk bildirib.

O qeyd edib ki, forum koronavirusun "omikron" ştammının yayılması ilə bağlı qeyri-müəyyənliklə əlaqədar təxirə salınıb.

Qeyd olunub ki, forumun gələn ilin yay aylarında keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2022-ci il Davos forumu yanvarın 17-21-də keçirilməli idi.

Bütün xəbərlər Facebook səhifəmizdə