İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hesabat verdi - FOTO
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Azərbaycan Respublikasında milli iqtisadiyyat və maliyyə əsas sektorları üzrə Strateji Yol Xəritələri" nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı keçirilib. SİA məlumat verir ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək bunları qeyd edib: "Prezident İlham Əliyevin rəhbərliyi altında Strateji yol xəritələri özünün əsas məqsədlərinə çatıb. Azərbaycan iqtisadiyyatı 2015-2016-ci illərdəki xarici şokların mənfi təsirindən çıxaraq qısamüddətli dönəmdə sabitləşib, ortamüddətli dönəmdə isə inkişaf xətti bərpa edilib. Məhz bunun nəticəsində 2020-ci ildə aşağı neft qiymətləri, quraqlıq, pandemiya və Vətən Müharibəsinin təsirlərinə baxrmayaraq Azərbaycan iqtisadiyyatının qazandığı immunitet böhranın təsirlərini minimuma endirməyə imkan verib.
Strateji yol xəritələrinin uğurlu icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-da 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub. Belə ki, bu il ölkədə ÜDM-in real artımı 5,1 faiz, o cümlədən qeyri-neft ÜDM-ün artımı 6,0 faiz, gələn il isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dallarından bu il 260 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür.
Hal-hazırda 2022-2026-cı iller üzra ölkanin sosial-iqtisadi inkişaf strategiyası ve Tədbirlər Planı Hökumət tərəfindən hazırlanaraq aidiyyatı üzrə təqdim edilib. Yeni strateji sənədin va Tədbirlər Planının təsdiqi ilə Milli iqtisadiyyat va iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icra müddəti 2022-ci il 1 yanvar tarixindan bitmiş hesab olunur.
Qeyd edək ki, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin hazırlanmasına, icrasına, monitorinq və qiymətləndirilməsinin aparılmasına dövlət büdcəsindən heç bir əlavə maliyyə vəsaiti ayrılmayıb və dövlət qurumları bütün tədbirləri onlara ayrılmış büdcə çərçivəsində hayata keçiriblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB