Minimum əmək haqqının qaldırılması çox pozitiv bir hadisədir - İQTİSADÇI AÇIQLADI

Minimum əmək haqqının qaldırılması çox pozitiv bir hadisədir - İQTİSADÇI AÇIQLADI

"Ölkədə minimum əmək haqqının qaldırılması təbii ki, çox pozitiv bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.


Onun sözlərinə görə bu hadisə sosial baxımdan həssas qrupa daxil olan insanlarında əmək haqqlarının artmasına səbəb olacaq: "Sadəcə olaraq burada hökümət paralel olaraq bir məsələyə də diqqət yetirməlidir. Ölkədə maaşların və təqaüdlərin artması ilə paralel olaraq qiymətlərin və inflasiyanın sürətlənməsinin də qarşısı alınmalıdır ki, artırılan vəsait inflasiyanın qurbanı olmamalıdır. Ona görə də gələn il üçün hökümətin əsas proriteti qiymət artımı ilə bağlı real addım atmaq, artımı tənzimləyərək onu aşağı salmaq olmalıdır".

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə