Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı cüzi azalıb
Bu ilin on ayında ölkəyə 12,5 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. SİA Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 64,5 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin yanvar-oktyabr aylarında 67,5 milyon dollarlıq 13,7 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB