Oktyabrda avrozonada sənaye istehsalının dəyəri daha əvvəlki ayla müqayisədə 5.4 faiz artıb. Avropa İttifaqı üzrə artım isə 5 faiz təşkil edib.
SİA-nın xəbərinə görə, bu məlumat Avropa Statistika Ofisi Avrostatın bu gün elan etdiyi məlumatda yer alır.
Qurumun məlumatına görə, illik əsasda artım daha yüksəkdir. Belə ki, 2020-ci ilin oktyabrı ilə müqayisədə sənaye istehsalı avrozonada 22, Avropa İttifaqında isə 21.7 faizbahalaşıb.
Bahalaşma sənayenin müxtəlif sahələri üzrə də fərqli olub. Ən ciddi artım enerji və aralıq məhsulların istehsalında müşahidə olunub.
Sənaye istehsalının maya dəyərində ən ciddi bahalaşma 11.2 faizlə Belçikada qeydə alınıb. İsveçdə isə əksinə bu sahədə 0.2 faiz ucuzlaşma mövcuddur. İllik müqayisədə bahalaşmaya görə isə 90%-lə İrlandiya liderlik edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB