2021-ci il yanvar-oktyabr aylarında Azərbaycan 23,8 milyard tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azdır.

SİA bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Azərbaycan hesabat dövründə 11,21 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 32,35 faiz çoxdur.

Həmin dövr ərzində Azərbaycan 1,165 milyon ton həcmində neft məhsulu da ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...