İsmayıllı rayonunda üzüm yığımı başa çatıb, plantasiyalardan 2711 ton məhsul götürülüb. SİA-nın verdiyi məlumata görə, hazırda İsmayıllıda 1089 hektar üzüm bağı var. Bağların 958 hektarı bar verəndir.
Plantasiyaların 349,2 hektarı süfrə, 739,8 hektar isə texniki sortlardır. Əsasən “Sultanino”, “Kardinal”, “Moldovo” süfrə sortları, “Mədrəsə”, “Rislinq”, “Rkaşteli” və digər texniki sortlar yetişdirilir.
Builki mövsümdə yığılan üzümün 885 tonu süfrə, 1826 tonu isə texniki sort olub. Yığılan süfrə sortları yerli bazara çıxarılıb. Texniki sortlar isə “İsmayıllı şərab– 1” üzüm emalı zavoduna və digər region müəssisələrinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB