Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 10-da 86,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 80,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 84,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə