“Sumqayıtda yaradılan sənaye parkı qeyri-neft ixracına xüsusi töhfə verir” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ
Sumqayıt şəhərində istifadəyə verilən yeni müəssisələr Azərbaycanın qeyri-neft ixracatının artırılması baxımından çox vacibdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, xüsusən də Azərbaycan 2021-ci ildə son aylar qeyri-neft ixracatını artırıb.
“2021-ci ilin son səkkiz ayında qeyri-neft ixracatında 37 faiz artım qeydə alınıb. 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracatının 2 milyard dollardan çox olacağı gözlənilir və əslində qeyri-neft sektoruna diqqət yetirsək görərik ki, bu ixracatın artmasında sənaye müəssisələrinin və xüsusən də, o cümlədən Sumqayıtda fəaliyyət göstərən sənaye müəssisələrinin xüsusi töhfəsi var. Sənaye müəssisələri bu baxımdan vacibdir. Çünki bu, daxili bazarda tələbin ödənilməsi və ixrac imkanının artırılmasına imkan verir. Sumqayıt da təbii ki, bu kontekstdən Azərbaycan iqtisadiyyatı və Azərbaycanın ixracı baxımından vacib şəhərlərdəndir və Sumqayıtda yaradılan sənaye parkı bütövlükdə Azərbaycanın qeyri-neft ixracına xüsusi tövhə verir. Bu baxımdan cənab Prezidentin iştirakı ilə həyata keçirilən son açılışlar, o cümlədən yeni müəssisələrin istifadəyə verilməsi Azərbaycanın qeyri-neft ixracatına xüsusi töhfə verəcək və gözlənilir ki, Azərbaycanın ümumi ixracatında, o cümlədən, qeyri-neft ixracatında 2021-ci ildə növbəti aylarda da artımlar baş vercək”, deyə Vüqar Bayramov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB