\"Oxfam\": \"Qarşıdakı 20 ildə qida məhsullarının qiyməti iki dəfə artacaq\"

\"Oxfam\": \"Qarşıdakı 20 ildə qida məhsullarının qiyməti iki dəfə artacaq\"

"Oxfam" xeyriyyə cəmiyyəti maraqlı məlumat yayıb. SİA-nın məlumatına görə, qurum lazımi tədbirlər görülməyəcəyi təqdirdə önümüzdəki 20 ildə qida məhsullarının qiymətinin iki qat artacağını bildirib.

Hazırlanan hesabata görə, belə getsə taxılın qiyməti 180% artacaq. Əlbəttə ki, bu göstəricilər 2030-cu ilə proqnozlaşdırılıb. Hesabatda bu artımın səbəbi kimi ilk olaraq qlobal istiləşmə göstərilir.

"Oxfam" dünya liderlərinə qida sənayesində qayda-qanuna ciddi nizam-intizam yaratmağı tövsiyyə edib.

Qurumun icraçı direktoru Barbara Stokinq "İqlim dəyişikliyi, əkin ərazilərinin azalması, qida məmulatlarının qiymətindəki artım, su və enerji qırlığı bizi bu barədə çox ciddi fikirləşməyə sövq etməlidir"- deyə bildirib.

Hesabatda maraqlı qeyd və müqayisələr də var. Onaları nəzərinizə çatdırırıq:

- Quatemalada 850 min insanın qida təhlükəsizliyi yoxdur

- İngiltərədə bir insanın qidaya xərclədiyi vəsait Hindistanda bir insanın qidaya xərclədiyi məbləğdən iki dəfə azdır

- Azərbaycanda pis hava şəraiti səbəbi ilə buğda istehsalı 33% azalıb və bu ölkə Rusiya və Qazaxıstandan buğda idxal etmək məcburiyyətində qalıb

- Şərqi Afrikada da 8 milyon insan quraqlıq səbəbi ilə qida problemi ilə üzləşib

Qida ehtiyatlarının qiymətinin Yaxın Şərq və Şimali Afrikadakı proseslər səbəbi ilə artdığı vurğulanır və bu rəqəmlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə