"Nokia" cib telefonlarının "Microsoft"-a satılacağı xəbəri "Nokia"-nın dəyərinə dəyər qatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Microsoft" "Nokia" şirkəti ilə 19 mlrd. dollarlıq müqavilə bağlayıb. Dünəndən etibarən "Nokia"-nın qiymətində kəskin şəkildə azalma yaşanmışdı. Mütəxəssislər belə proqnoz edirlər ki, "Nokia"-nın "Microsoft"-la birləşməsi belə hələ onun qurtuluşu demək deyil.
Dünən "Nokia"nın qiymətlərində 18% azalma müşahidə olunmuşdusa, bu günkü azalma 10%-dır. Bu son 13 ilin ən aşağı göstəricisidir. Amma çıxan bu məlum xəbər Frankfurt birjalarında "Nokia"-nın 1.3 % dəyər qazanmasına səbəb olub.
"Nokia" son zamanlar "Apple İPhone" və "Google"-un "Android"i ilə rəqabətdə aşkar uduzurdu. Mütəxəssislər "Nokia"-nın "Microsoft" ilə birləşməyini gecikmiş addım kimi qiymətləndirirlər. Çünki son 3 ayda "Nokia"-nın satışları aşkar şəkildə aşağı düşüb. Hətta iş o yerə çatıb ki, şirkət önümüzdəki ilin satış proqnozlarını belə verə bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB