"Belə əlverişli məkanın Ələt Azad İqtisadi Zonası üçün seçilməsi..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Belə əlverişli məkanın Ələt Azad İqtisadi Zonası üçün seçilməsi..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ələt Azad İqtisadi Zonası ölkə iqtisadiyyatının dinamik inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malik olacaq. Qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin edəcək”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə verəcək dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına töhfə verəcək, on minlərlə yeni iş yeri yaranacaq: “Ələt Azad İqtisadi Zonası tranzit-loqistik imkanlarını da təqdim edəcək. Bura həm Beynəlxalq Dəniz Limanı, həm də beynəlxalq nəqliyyat dəhlizlərin kəsişdiyi yerdir. Belə əlverişli məkanın Azad iqtisadi Zonası üçün seçilməsi, bu əraziyə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsini asanlaşdıracaqdır”.

A.Badamov vurğulayıb ki, Ələt Azad İqtisadi Zonasının planlaşdırılmasında və bu ərazinin fəaliyyət göstərilməsi üçün qanunverici bazasının hazırlanmasında dünyanın ən uğurlu Azad İqtisadi Zonaların təcrübəsi öyrənilərək istifadə olunmuş və bu ərazidə investisya qoyacaq sərmayədarların maraqlarına tam şəkildə cavab verəcəkdir: “Yuxarıda qeyd etdiyim məqamları nəzərə alaraq deyə bilərəm ki, Ələt Azad İqtisadi Zonası ölkə iqtisadiyyatının şaxələndirilməsini sürətləndirəcək və neft sektorundan asıllığının azalmasına töhfə verəcəkdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə