"Münasib qiymət, keyfiyyətli və rəqabətli xidmət ancaq..." - EKSPERT AÇIQLADI
“Ümumiyyətlə bildiyimiz kimi dünyada dövr edən pandemiya turizm sektoru ilə yanaşı otelçilik sahəsinə də ciddi zərər yetirməyə başladı”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, bunun çox sadə səbəbləri var: “Pandemiya tələblərinin sərtləşdirilməsi və məhdudiyyətlərin tətbiq edilməsi və bundan başqa da ən çox yoluxma ehtimalının ictimai iaşə obyektlərində ola biləcəyi ön görülmüşdür. Buna görə də ən çox zərər görən sahələrdən biri də turizm və otelçilik sahələri idi. Pandemiya zamanı insanların xaricə səfər etməsində də müəyyən məhdudiyyətlər olduğu üçün respublikamızın regionlarına üz tutmağa başladılar. Bu da təbii ki, yerli turizm, otelçilik sahəsinə ciddi töhfələrini verməyə başladı. Düşünürəm ki, bu istiqamətdə turizmin inkişafına rəqabətli mühit müvafiq münasib qiymətlər ciddi təsir göstərə bilər”.
Asif İbrahimov həmçinin qeyd edib ki, möhtərəm, cənab Prezidentin birbaşa olaraq, otellərin açılışında iştirak etməsi stimullaşdırıcı addımdır: “Təbii ki, bu da müəyyən müştəri seqmentində öz təsirini göstərəcəkdir. Ancaq xüsusilə onu demək istəyirəm ki, otelçilik və turizmin inkişafına münasib qiymət, keyfiyyətli və rəqabətli xidmət ancaq müsbət təsir göstərə biləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB