Vahid Əhmədov: “Vergilər Nazirliyinin dövlət büdcəsinə olan borcları milyardlarla ölçülür”

Vahid Əhmədov: “Vergilər Nazirliyinin dövlət büdcəsinə olan borcları milyardlarla ölçülür”
Ötən il bir sıra büdcə təşkilatlarının dövlət büdcəsinə milyardlarla manat borcu yığılıb qalıb. Yəni vergi daxilolmada müəyyən kəsirlər var. Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, məhz bu istiqamətdə büdcə təşkilatlarından, Vergilər Nazirliyinin dövlət büdcəsinə olan borcları milyardlarla ölçülür: "Bunun qarşısı alınmır. Amma ötən gün məlumat verildi ki, 2010-cu ildə bu barədə hökumət tərəfindən bir sıra işlər görülüb. Yaxın günlərdə yəqin bizə bu barədə arayış veriləcək. Dövlət büdcəsinə olan borclar vaxtında ödənilsə, məmurlar bunun məsuliyyətini dərk etsə onda Azərbaycan dövlət büdcəsində daha artıq vəsait yarana bilər və bizim Dövlət Neft Fondundan transferə də o qədər ehtiyacımız olmaz. Məsələn, bu gün biz Dövlət Neft Fondundan 2.5 mlrd manata yaxın transfer edirik. Lakin həmin pulları gələcək nəsillər üçün saxlamağa ehtiyac var. Ona görə dövlət borclarının geri qaytarılmasında hökumət ciddi işləməlidir\".


Borcların silinməsinə gəlincə, V.Əhmədov müəyyən borcların dövlət başçısı tərəfindən silindiyini xatırladıb: "Su və qaz borclarının silinməsi nəticəsində 600 mln manat əhalidən alınmayıb. Lakin elə borclar var ki, hansısa nazirliyin, hansısa bir şirkətin rəhbərliyinin mövqeyinin möhkəm olmamasından, öz işinə ciddi münasibət bəsləməməsindən yaranır. Bunlar yalnız hamısı dövlət təşkilatı deyil. Burada qeyri-dövlət təşkilatları, özəl təşkilatlar da var. Bu təşkilarlara ciddi sanksiyalar tətbiq olunmalıdır ki, onlar vaxtında borclarını ödəsinlər və borcların ödənilməməsi ilə əlaqədar dövlət büdcəsində problem yaranmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com