Verilən məlumatlara görə, ötən il ABŞ valyutası üçün elə də uğurlu il olmayıb. Yəni dollar artıq "taxtdan düşür". Rusiya mediası bunu BVF-nin məlumatına istinad edərək bildirdiyini yazır. Onların iddiasına görə, bu gün dolların dünya valyuta ehtiyatlarındakı payı 59,02 faizə düşüb. Rusların yazdığına görə, bu 1995-ci ildən bəri ən aşağı göstəricidir.
Bundan əlavə, fərqli ölkələrin qızıl ehtiyatlarındakı dolların payı da azalır. SİA bu barədə rus mətbuatına istinad edir.
Qeyd edək ki, Baydenin Ağ Evə gəlməsi ilə Vaşinqton və Pekin arasındakı münasibətlər yaxşılaşmadı. Belə görünür ki, əgər dollar ehtiyatlarındakı azalmanın siyasi bir qərar olacağı təqdirdə, dolların kiçilməsi bundan sonra da davam edəcək.
Məsələn, bu gün çoxları Amerikaya borc pul verməyin hər il getdikcə daha az gəlirli olduğunu bildirirlər. Belə ki, ehtiyatların saxlanıldığı ABŞ dövlət qiymətli kağızları üzrə gəlir 20 il ərzində əvvəlki 5-6 faizdən hazırkı 1-2 faizə düşüb.
Maraqlıdır, bəs keçən ildən başlayaraq dollara olan inam niyə bu qədər kəskin şəkildə azalıb? Deyilənə görə, bunun səbəbi Federal Ehtiyatın aşağı dərəcələrinə görə, bazarlara əhəmiyyətli dərəcədə nağd enjeksiyonlar və Amerika iqtisadiyyatına maliyyə dəstəyinin əlavə edilməsidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB