Azərbaycan iqtisadiyyatında artım gözlənilir Dünya Bankının PROQNOZU
2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 2,8 faiz səviyyəsində proqnozlaşdırılır. SİA-nın məlumatına görə, bu barədə Dünya Bankının "Avropa və Mərkəzi Asiya iqtisadiyyatının icmalı" hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, ötən il ölkə iqtisadiyyatı 4,3 faiz azalma nümayiş etdirmişdi.
Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun 2022-ci ildə 3,9 faiz, 2023-cü ildə 3,4 faiz artacağını proqnozlaşdırır.
Eyni zamanda Dünya Bankının hesabatına əsasən, Azərbaycanda 2021-ci ildə inflyasiya 3,9 faiz səviyyəsində proqnozlaşdırılır.
Proqnoza əsasən, Azərbaycanda inflyasiya 2022-ci ildə 3,2 faiz, 2023-cü ildə 3 faizədək azalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB