Rusiyada mənzillərin qiyməti bahalaşır

Rusiyada mənzillərin qiyməti bahalaşır

Bu gün Rusiyada mənzillərin qiymətində artım müşahidə edilməkdədir. Bu, daha çox ölkənin inşaat sahələrində çalışan işçi qıtlığı ilə əlaqələndirilir. Belə ki, koronavirus səbəbindən sərhədlərin bağlı saxlanılması rusları bu sahədə də “üzüqara” edib.

SİA rus mətbuatına istinad edir.

Beləliklə, Rusiya Tikinti Nazirliyi hazırda ölkədə 1,2 milyon inşaatçıya ehtiyac olduğunu bildirir. Belə ki, koronavirus pandemiyası, sərhədlərin bağlanması və əmək miqrantlarının vətənlərinə getməsi tikinti sahələrində problemlərə səbəb oldu. Maraqlıdır ki, ruslar işçi çatışmazlığının ölkədə inşaat maliyyəsinə də böyük təsir etdiyini etiraf edirlər.

Qeyd edək ki, Rusiyadakı tikinti şirkətlərindən birinin rəhbəri olan Aleksey Solodovnikov işçi çatışmazlığının daha çox Moskva və Sankt-Peterburqa ziyan vurulduğunu söyləyir. Onun sözlərinə görə, Rusiyadakı tikintilərin “axsaması” onları mart ayında mənzillərin satış qiymətlərini 10 faiz artırmağa vadar edib.

Bildirək ki, mənzil satışındakı qiymət artımı təkcə göydələnlərdə deyil, həm də fərdi ev satışında da müşahidə edilməkdədir. Bunu Rusiyadakı digər bir tikinti şirkətinin rəhbəri Maksim Lazovski də təsdiq edir. O da maraqlıdır ki, Lazovskinin də bir çox həmkarları kimi, MDB ölkələrindən olan işçilərsiz onlara çətin olduğunu etiraf etməsidir.

Bildirək ki, bir müddət bundan əvvəl Moskva İnşaat İdarəsinin rəisi Rafik Zagrutdinov, paytaxt inşaat kompleksində təxminən 15-20 min işçinin çatışmadığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə