"Dostluq" yatağına dair memorandum təsdiq edilib - RƏSMİ

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, müzakirələr zamanı sənədin əhəmiyyəti qeyd edilərək iki ölkə arasında əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Müzakirələrdən sonra memorandum səsverməyə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, sənədə əsasən, “Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənitana nisbətində bölüşdürülür. Memorandumda qeyd edilir ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...