“Şimal Axını-2” qaz kəmərinə qarşı yeni sanksiyalara dair hesabat Co Bayden administrasiyası tərəfindən fevralın 19-da təqdim ediləcək. SİA xəbər verir ki, bu barədə məlumatı “Bloomberq” tirajlayıb.
Qeyd edək ki, burada söhbət az sayda Rusiya şirkətinə təsir edəcək yeni məhdudlaşdırıcı tədbirlərdən gedir. Maraqlıdır ki, burada heç bir alman şirkəti sanksiyalara məruz qalmayacaq. Bunu da “Bloomberq” bildirir.
Agentliyin analitikləri Bayden administrasiyasının kəmərin tikintisini dayandırmağı təklif etdiyi Avropa müttəfiqi ilə qarşıdurmadan ehtiyatlandığını da gizlətmirlər. Təbii ki, burada Avropa müttəfiqi deyilərkən bunun Almaniya olduğu istisna edilmir.
Xatırladaq ki, bir müddət bundan əvvəl Almaniya “Şimal axını-2” ilə bağlı yaranmış problemi həll etmək üçün müxtəlif variantlar hazırlamışdı. Belə ki, Berlinin məqsədi Bayden administrasiyasını Rusiya qaz kəmərinə qarşı sanksiyalardan imtina etməyə inandırmaq idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB