Məsafədən işləmə kimə sərf edir?

Məsafədən işləmə kimə sərf edir?

Belə görünür ki, koronavirusun dünyaya gətirdiyi fəsadlar hələ xeyli vaxt “öz diqtə”sini edəcək. Qeyd edək ki, bu bəla bir cox ölkələrdə böyük işsizlikyə yol açdığı kimi, bir çox təşkilatlarda işlə bağlı indiyə qədər təcrübədə sınanmamış yeniliklərə də rəvac verib.

Maraqlıdır, görən, bizi qarşıda daha nələr gözləyir.

SİA “RİA Novosti”nə istinad edərək, koronavirusla bağlı Rusiyada işçi və işlə bağlı yaranmış son duruma diqqət çəkib. Qeyd edək ki, qonşu ölkədə virusla bağlı məhdudiyyətlərin yumşalmasına baxmayaraq, demək olar ki, işəgötürənlərlə yanaşı, əksər şirkət rəhbərləri də işə qəbulla bağlı hələ də, tərəddüd içindədirlər.

Qəribədir ki, Rusiyadakı şirkətlərin təqribən 34 faizi açıq şəkildə bundan sonra nə olacağını bilmədiklərini etiraf edirlər. Xatırladaq ki, sorğu 545 respondent arasında keçirilib.

Sorğuda sorulan məsələrdən biri də, şirkətlərin məsafədən işləməsi ilə bağlı olub. Məsələn, Rusiyadakı şirkətlərin 23 faizə yaxını gələcəkdə demək olar ki, bütün şirkət işçilərinin məsafədən işləməyə davam edəcəyini, ofisdə isə az sayda növbətçi işçilərin olacağını bildirib.

Maraqlıdır ki, bəzi şirkət rəhbərləri məsafədən işləmə zamanı artan iş yükündən daha çox danışıblar. Məsələn, sorğuda iştirak edənlərin 22 faizi işin çoxluğunu və bunula yanaşı bütün prosesləri evdən həyata keçirməyin daha çətin olduğunu bildiriblər. Digər respondentlərin13 faizi istənilən nəticəni əldə etmək üçün daha çox çalışmaq lazım olduğunu, 10 faizi isə iş yükünün artdığını bildiriblər.

Respondentlərin yalnız 3 faizi işlərinin az olduğunu, 8 faizi layihələrin azaldılması səbəbindən işlərində azalma olduğunu bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə