RRB-nin 27-ci iclası Bakıda keçiriləcək

RRB-nin 27-ci iclası Bakıda keçiriləcək

24-25 may 2011-ci il tarixlərində Bakı şəhərində Regional Rabitə Birliyinin (RRB) Rabitə iqtisadiyyatı komissiyasının 27-ci iclası keçiriləcək. Bu barədə SİA-ya Dövlət Radiotezliklər İdarəsindən məlumat verilib.

İclasda Poçt müəssisələrində maliyyə xidmətlərinin inkişafı və təkmilləşdirilməsi; Universal xidmət mexanizminin inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi; RRB-yə daxil olan üzv ölkələrin rabitə sənayesinin və informasiya texnologiyalarının inkişaf strategiyası və digər mövzularda müzakirələr aparılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə