500 manatlıq pul nişanı tədavülə buraxılmayıb Mərkəzi Bank

Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq “kağız pul nişanı"nın təsvirləri yayılıb.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

"Konstitusiya və “Mərkəzi Bank haqqında” qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanmasını və tədavülə buraxılmasını yalnız AMB həyata keçirir. 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları AMB-dən və onun internet səhifəsindən əldə etməyə çağırırıq", - deyə qurum bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...