Ötən il 45 mindən çox müraciət daxil olub 195-2 Çağrı Mərkəzinə

2020-ci il ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 45 mindən çox müraciət daxil olub. SİA İqtisadiyyat Nazirliyinin economy.gov.az saytında yayımlanan məlumata istinadən xəbər verir ki, müraciətlər, əsasən, istehlakçıların hüquqlarının qorunması, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, investisiya təşviqi və təsdiqedici sənədlərin, lisenziyaların verilməsi mexanizmləri, reklam qanunvericiliyi, həmçinin Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Məlumatda qeyd olunur ki, Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə