"Elə bir vəziyyət yarandı ki, hətta həmsədrlər də erməni tərəfinin nə istədiyini anlamadılar” - Robert Köçəryan

"Müharibənin qarşısını almaq olardı, ancaq Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi".

SİA xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan "5-ci kanal" telekanalına verdiyi müsahibəsində deyib.

"Əminəm ki, Ermənistan hakimiyyəti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Hər şey edildi. Yeni bir şey söyləməyəcəyəm, çünki bu bir ay ərzində mətbuatı izlədim. Demək olar ki, hər şey deyildi, sadəcə, deyilənləri vahid bir təsəvvür yaratmaq üçün ümumiləşdirə bilərsiniz. Niyə danışıqlar prosesi dalana dirəndi. Qəsdən edildi. Qarşılıqlı müstəsna bəyanatlar elə bir vəziyyət yaratdı ki, hətta həmsədrlər də erməni tərəfinin nə istədiyini anlamadılar", - Köçəryan belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə