Dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi - 6,5 milyon ton

Yanvar-sentyabr aylarında dəniz limanlarında 6 milyon 545,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, yüklərin 6 milyon 241,8 min tonunu və ya 95,4 faizini tranzit yüklər təşkil edib. Oktyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 179,5 min ton olub.

Doqquz ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 17,1 min nəfər təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə