17 noyabrda hərraca 37 dövlət əmlakı çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 17 noyabr tarixində təşkil ediləcək. Hərraca 37 dövlət əmlakı çıxarılacaq. SİA-nın xəbərinə görə, bunlardan 24-ü kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.

Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3dIjHry, https://bit.ly/34fOmcR, https://bit.ly/37n86Nx, https://bit.ly/2He1Uww). Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılacaq dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) "Elektron hərrac" bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...