Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 577,4 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, nəqletmənin 79,6 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 9 ayda bu kəmərlə 21 milyon 146,9 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 3 milyon 53,2 min ton tranzit nefti də ötürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə