Lənkəranda regional turizm idarəsi açılır

Sentyabrın 22-də Lənkəran Destinasiya Menecmenti Təşkilatının (regional turizm idarəsinin) açılışı baş tutacaq. Dövlət Turizm Təşkilatından SİA-ya verilən məlumata görə, Destinasiya Menecmenti Təşkilatları (DMT) Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın bölgələrində turizmin inkişafı, təşviqi və idarə olunması məqsədilə yeni struktur vahidi kimi təsis olunur.

Lənkəran DMT 2019-cu ildə açılmış Quba DMT və Şəki DMT-dən sonra sayca 3-cü regional turizm strukturudur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...