Azərbaycanın xarici ticarət balansı profisitli qalır

Aşağı neft qiymətlərinə baxmayaraq, ilin əvvəlindən Azərbaycanın xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.

"Hazırda strateji valyuta ehtiyatları 51,4 mlrd. ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0,6% çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3,7% artıb", - AMB-nin məlumatında deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə