Valyuta hərracı keçirilib

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

SİA xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumata görə, hərracda tələb 55,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıbdır.
Xatırladaq ki, 08 Sentyabr 2020-ci il tarixində keçirilmiş hərracda tələb 74,2 milyon ABŞ dolları təşkil etmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə