Azərbaycanda banklar 74,2 mln. ABŞ dolları ilə təmin edilib

Azərbaycanda banklar 74,2 mln. ABŞ dolları ilə təmin edilib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. AMB-dən SİA-ya verilən məlumata görə, hərracda tələb 74,2 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (3 sentyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 6,2% azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə