Dünya bazarına Azərbaycanın çıxardığı "Azeri LT CIF" markalı xam neftin qiymətində çox az miqdarda, daha dəqiq desək, 0,38 ABŞ dolları azalma müşahidə olunub. SİA xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 43,08 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri LT CIF" markalı neftin, yəni Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 ABŞ dolları həddində olub. Xatırladaq ki, Azərbaycana məxsus "Azeri LT CIF" markalı neftin maksimal qiyməti isə 149,66 ABŞ dolları olmaqla, 2008-ci ilin iyulunda qeydə alınıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB