Manatın 2021-ci il üçün məzənnəsi RƏSMİ

Manatın 2021-ci il üçün məzənnəsi RƏSMİ

Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. SİA xəbər verir ki, bu barədə 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunub ki, makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.
“Eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə müsbət təsir edəcək”, deyə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə