Azərbaycan ABŞ, Kanada və Britaniya kimi ölkələrin sırasına düşdü FOTO
2020-ci ilin Rəqəmsal Həyat Keyfiyyəti indeksinə (RHK) görə, Azərbaycan yuxarı sıralarda qərar tutub. SİA "Surfshark"a istinadən xəbər verir ki, adambaşına düşən ümumdaxili məhsulun Rəqəmsal Həyat Keyfiyyəti indeksinə görə Azərbaycan, Çin, Rusiya, Polşa və Yunanıstan internet meyarları yaxşı hesab edilən ölkələrdəndir.
Belə ki, Azərbaycanda internet həm ucuz, həm də Rəqəmsal Həyat Keyfiyyəti indeksinə görə keyfiyyətli hesab edilir. Pandemiya dövründə keyfiyyətli və ucuz internetin evdən işləmək üçün ideal şərait yaratdığı bildirilir.
Belə ki, bu, qlobal statistika 5 əsas ölçü prinsipi üzrə aparılıb və 85 ölkə bu qiymətləndirməyə daxil edilib. Bu, 5 əsas meyara - internet imkanı, internet keyfiyyəti, elektron infrastruktur, elektron hökumət, elektron təhlükəsizlik daxildir.
Ən yaxşı Rəqəmsal Həyat Keyfiyyətinə (RHK) sahib olan 10 ölkəyə Danimarka, İsveç, Kanada, Fransa, Norveç, Hollandiya, Böyük Britaniya, İsrail, Yaponiya və Polşa daxildir.
Qeyd edilib ki, Amerika Birləşmiş Ştatları ilk 15 ölkə arasında yer ala bilməsə də, Estoniya və Litvadan sonra özünə yer tapıb. ABŞ-da hələ də elektron kökumətin yuxarıda sadalanan 10 ölkəyə nəzərən zəif işlədiyi ehtimal olunur.
Ən pis nəticə isə Livan, Keniya, Banqladeş, Nepal, Şri Lanka, Nigeriya, Qvatemala, Pakistan, Əlcəzair və Hondurasda olub.
Belə ki, aşağıdakı qiymətləndirmədi Rəqəmsal Həyat Keyfiyyəti (RHK) indeksi yuxarı və aşağı olan ölkələr qeyd edilib.

Mavi olan yuxarı hissədə RHK yüksək, qırmızı olan aşağı hissədə isə RHK zəifdir. Ölkələrin adının yanında verilən qalın nöqtələrdə rənglər tünd çəhrayıdan (internet burada bahadır), tünd maviyə qədər (internet burada ucuzdur) dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB