“Azərbaycanın enerji sektorunun yeni mərhələyə qədəm qoyub” ÖZƏL-ŞƏRH

“Azərbaycanın enerji sektorunun yeni mərhələyə qədəm qoyub” ÖZƏL-ŞƏRH

Bu günkü hadisə Azərbaycanın enerji sektorunun inkişafı baxımından vacib hadisələrdən biri hesab olunur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, nəzərə alaq ki, son illər aparılan islahatlar Azərbaycanı enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevirib.

“Əgər 2006-cı ildə Azərbaycan illik olaraq 1,7 milyon kvt/saat elektrik enerjisi idxal edirdisə, 2020-ci ildə bu rəqəm artıq Azərbaycanın 1,5 milyon kvt/saata yaxın enerji ixracatına imkan yaradıb. Eyni zamanda istehsalın ötən müddətdə qorunub saxlanması fonunda biz istehlakın azalmasını müşahidə etmişik. İstehsalın azalması da 2 faizinin kəskin aşağı salınması ilə bağlı idi. Beləki, 2006-cı illə müqaisədə enerji sektorunda itgi 42 faizdən 9 faizə qədər aşağı salınıb və bu da təbii ki, tələbin ödənilməsində rasional bir yanaşma idi. Çünki, istehlak azalsa da belə tələb artıb. Ona görə ki, ölkə inkişaf edib, eyni zamanda 2006-cı illə müqaisədə abonentlərin sayı 1,7 milyondan 2,7 milyona qədər artıb ki, bu da 1 milyon əlavə abonentin artması anlamına gəlir. Bu baxımdan tələbin artması fonunda bu sektorda aparılan islahatlar imkan verir ki, Azərbaycan optimallaşdırılmış istehsalla tələbi ödəyə bilsin. İstehlakın azaldılması nəticəsində birinci təbii ki, Azərbaycan üçün həm də ixrac imkanları deməkdir. O baxımdan bu sektorda həyata keçirilən islahatlar növbəti dövrlərdə də Azərbaycanın ixrac imkanlarını genişləndirəcək, ölkəyə valyutanın daxil olmasına imkan yaradacaq. Praktik olaraq biz son illər enerji sektorunda aparılan islahatlar, eyni zamanda bu sektorun infrastrukturunun genişləndirilməsinə xidmət edən tədbirlər fonunda Azərbaycanın enerji sektorunun həm ixrac, eyni zamanda tələbin ödənilməsi baxımından yeni mərhələyə qədəm qoymasını müşahidə edirik”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə