“Energetika sektorunu inkişaf etdirmədən iqtisadi inkişafdan danışmaq mümükün deyil” ÖZƏL-MÜNASİBƏT

“Energetika sektorunu inkişaf etdirmədən iqtisadi inkişafdan danışmaq mümükün deyil” ÖZƏL-MÜNASİBƏT

“Energetika sektorunu inkişaf etdirmədən ölkənin iqtisadi inkişafından danışmaq mümükün deyil”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, ölkənin elə bir sektoru yoxdur ki, orada elektrik enerjisindən istifadə olunmasın: “Digər tərəfdən əhalimizin demoqrafik artımı da ümumi istehlak olunan enerjiyə təlabatı artırır. Ölkənin dayanıqlı elektrik enerjisi ilə təmin olunması və ixrac potensialının yaradılması üçün mütləq yeni elektrik stansiyaların tikintisinə ehtiyac yaranır. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin energetika sektoruna yeni həyat verilmişdir. 2004-cü ildən həyata keçirilməsinə başlanmış “Regionların Sosial İqtisadi İnkişafı” Dövlət Proqramlarının uğurlu icrası sayəsində son illər güclərini itirmiş köhnə elektrik stansiyalar yenidən qurulmuş, 30-dan çox müxtəlif generasiya gücünə malik elektrik stansiyaları tikilib istismara verilmişdir. Neftin qiymətlərinin düşdüyü və pandemiyanın təsirlərindən dünyada iqtisadi böhranla qarşılaşdığı bir zamanda ölkəmizdə bu ilin 7 ayında iqtisadi azalmanın bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq cəmi -2,8% olması və sənayedə +13% artımın əldə edilməsində təmin olunmuş dayanıqlı energetika sisteminin böyük rolu var.

Bu gün Prezidentin təməlini qoyduğu 385 Meqavat gücündə Qobu elektrik stansiyasının ölkəmizdə enerji təminatının dayanıqlı və təhlükəsizliyin təminatı baxımından xüsusi yeri olacaqdır. Həm yükgötürmə gücü 1000 meqavat olan Qobu yarımstansiyasının tikintisinin başa çatdırılmısı və 380 meqavat generasiya gücünə malik Qobu elektrik stansiyasının tikilməsi Bakı və Abşeron yarımadasının enerji təminatının Mingeçevir İstilik Elektrik Stansiyasından asıllığını aradan qaldıracaqdır. Bu stansiyanın tikilib istismara verilməsi iki il bundan əvvəl Mingeçevir İstilik Elektrik stansiyasında baş verən qəza zamanı bütün ölkənin elektrik sisteminin dayanması kimi hallarının təkrar olunmasının qarşısını alacaqdır. Görülmüş işlə və tikintisi aparılan energetika sistemindəki yeniliklər hər hansı bir stansiyada və nəql etmə xətlərində qəza baş verdikdə dərhal həmin sahənin lokallaşdırılmasına və ölkənin fasiləsiz enerji təminatına imkan verəcəkdir. Qobu elektrik stansiyasının istifadəyə verilməsi iqtisadi baxımdan həm ölkənin elektrik ixrac potensialını artıracaq, həm də elektrikin nəqlində itkiləri azaldacaqdır. Bu stansiynın tikintisi həm də yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada 120 nəfər işlə təmin olunacaqdır. Ümumilikdə qısa olaraq qeyd edə bilərəm ki, 380 meqvat gücündə Qobu elektrik stansiyasının tikilməsi ölkəmizin iqtisadi inkişafın yeni rəng qatacaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə