OPEK-in xam neft istehsalı artıb. SİA xəbər verir ki, Neft İstehsal Edən Ölkələr Birliyi (OPEK) günlük xam neft istehsalı iyul ayında əvvəlki aya nisbətən 980 min barel artaraq 23 milyon 170 min bareli təşkil edib.

Dünya üzrə neft idxalında OPEK-in payı 26.1 faiz təşkil edib. Ən çox tədarükü isə Səudiyyə Ərəbistanı edib. Ölkənin neft tədarükü iyul ayı üzrə günlük 8 milyon 506 min bareli təşkil edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...