İngiltərə iqtisadiyyatı 20.4 faiz tənəzzülə məruz qalıb

Böyük Britaniya iqtisadiyyatı aprel və iyun ayları arasında rekord səviyyədəki ən böyük geriləməyə məruz qalıb. SİA "BBC"yə istinadən xəbər veri ki, pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən qapanmalar iqtisadiyyata böyük zərbə vurub.

Belə ki, məlumata əsasən Böyük Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə 20,4 faiz geriləməyə məruz qalıb.

Bu isə, İngiltərənin 2009-cu ildən bəri qarşılaşdığı və ardıcıl olaraq iki rübdə davam edən ən böyük iqtisadi geriləmə hesab olunur.

Kansler Rişi Sunak açıqlamasında bildirib ki, hökumət görünməmiş bir hal ilə mübarizə aparır və bunun çox çətin və qeyri-müəyyən bir vaxt olduğunu söyləyib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...