"Bəzi müəssisələrin fəaliyyətinə başlaması mümkün ola bilər" ÖZƏL - AÇIQLAMA
"5 avqusta qədər olan vəziyyət Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təhlil olunduqdan sonra qaydalarda müəyyən dəyişikliklər ola bilər. Müəyyən qaydalar əsasında bəzi müəssisələrin fəaliyyətinə başlaması mümkün ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, artıq pandemiya ilə statistik rəqəmlərə baxdıqda müsbət tendensiyanın şahidi ola bilərik: "Koronavirus pandemiyası dövründə bütün dünya ölkələrdində olduğu kimi Azərbaycanda da karantin rejimi tətbiq olunmuşdur, xüsusilə də sərt karantin rejimi qaydaları yenidən təbiq olunmağa başlanıldıqdan sonra bir çox fəaliyyət növlərinin işi dayandırılmışdır. Düşünürəm ki, sərt karantin rejimi tətbiq olunmuş şəhər və rayonlarda artıq avqust ayının 5-dən etibarən bitmək üzrədir. Bundan sonrakı mərhələdə isə təbii ki, 5 avqusta qədər olan vəziyyət Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təhlil olunduqdan sonra qaydalarda müəyyən dəyişikliklər ola bilər. Artıq son günlərdə müşahidə olunan dinamikada müsbətə doğru tendensiya mövcuddur".
Millət vəkili Cavid Osmanov bildirib ki, avqust ayının 5-dən etibarən yumşalmalar tətbiq olunduğu təqdirdə bir sıra fəaliyyət sahələrinin işinin bərpasından danışmaq mümkündür: "Son bir-neçə günə aid olan statistik rəqəmlər ümidverici hesab edilə bilər. Çünki, yeni növ koronavirusa, COVID-19-a yoluxanların sayı, virusdan sağalanların sayından azdır. Bu da onu göstərir ki, artıq müsbətə doğru tendensiya əldə etmişik. Təbii ki, bu tendensiyanı qoruyub saxlanaq lazımdır. Çünki, virus hələ də aramızdadır. Ona qarşı hələ də sınaqlardan uğurla keçmiş və təsdiqlənmiş istehsalda olan bir vaksin mövcud deyil. Buna görə də 5 avqust tarixindən etibarən qaydalarda müəyyən yumşalmalar həyata keçirilsə, burada müəyyən metodiki göstərişlər tətbiq ediləcək. Yalnız bu cür qaydalarda müəyyən dəyişiklik etmək olar. Düşünürəm ki, sənaye məhsullarının satışını həyata keçirən mağazaların, eyni zamanda, kafe və restoranların və bu kimi digər ictimai iaşə obyektlərinin müəyyən qaydalar əsasında fəaliyyətinə başlaması mümkün ola bilər. Lakin, bir daha vurğulamaq istərdim ki, bu da müəyyən metodiki göstərişlər əsas tutularaq həyata keçirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB