Dövlət Gömrük Komitəsinin sədri: "İşçilərimizin əməkhaqqları büdcədənkənar toplanmış vəsaitlərin 25%-i qədər artacaq" - AÇIQLAMA
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında gömrük xidməti ilə bağlı bəzi məsələlərə aydınlıq gətirdi. SİA-nın məlumatına görə Aydın Əliyev bildirib: "Bu gün Azərbaycanda Vahid Gömrük Məntəqələrinin yaradılması ilə bağlı məsələlər barəsində çalışmalar gedir. Bilirsiz bu sadə məsələ deyil və bunu üzərində ətraflı işləmək lazımdır. Bu barədə bir neçə il əvvəl Finladiya ilə Rusiya arasında belə bir saziş olmuşdu. Amma elə başlaması ilə bitməyi bir oldu. Çünki burda bəzi suallar meydana çıxır. Məsələn, bu zaman qaçaqmalçılıq hadisəsi zamanı yaxalanan şəxslər kim tərəfindən necə cəzalanacaq? Bu məsələlər sadə deyil və üzərində çalışmaq lazımdır".
Gömrük əməkdaşlarının əməkhaqqılarının qaldırılması ilə bağlı suala isə sədrin cavabı belə olub: "İşçilərimizin əməkhaqqları büdcədənkənar toplanmış vəsaitlərin 25%-i qədər artacaq ki, bu da orta əməkhaqqından yüksəkdir".
"BƏƏ ilə saziş imzalanacaq. Bu sazişdə Dövlət Gömrük Komitəsinin öz maraq dairəsi var. Belə ki, BƏƏ ilə Respublikamız arasında ticarət əlaqəsi genişdir. Biz də Gömrük Komitəsi olaraq gömrük qiymətləndirməsi bizi maraqlandıran məsələlərdən biridir. Son vaxtalar ölkəmizə çox sayda qızıl, daş-qaş, bahalı mobil telefonlar qaçaqmalçılıq yolu ilə gətirilməyə başlanıb. Çalışırıq ki, bunun qarşısını almaq üçün də tədbirlərimizi artıracayıq".
Qida məhsullarının qiymətində olan inflyasiyaya da münasibət bildirən sədr qeyd etdi ki, taxıl bizdə vergilərdən azaddır: "Buna baxmayaraq bəzi xarici birjalarda taxılın qiyməti qalxır, eləcə də, digər əmtəələrin. Buna baxmayaraq ölkəmizdə FHN-in taxıl fondu yaradılıb və bu fond bizə taxılın qiymətini sabit saxlamağa imkan verəcək".
Sonda Gömrük İdarəsi ilə bağlı yeniliklərdən xəbər verən sədr dedi: "Ümumdünya Gömrük Təşkilatı ilə birgə narkotiklərin qanunsuz dövriyyəsi ilə başğlı mötəbər tədbir keçiriləcək. Bu tədbir bu ilin oktyabr ayına gözlənilir və bu zaman biz yeni Regional ofisimizin açılışını da gerçəkləşdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB