Bu ilin yanvar-may aylarında Azərbaycan 132 200,61 min ABŞ dolları dəyərində 492 106,25 ton neft məhsulları ixrac edib. SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40% azalıb, həcmi isə 12,8% artıb.
Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycan 462 789,87 min dollar (11,1% azalma) dəyərində 979 717,81 ton neft məhsulları (3,5% azalma) ixrac edib.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB