Azərbaycanda bankomatların sayı 1929-a çatıb

Azərbaycanda bankomatların sayı 1929-a çatıb

2011-ci il aprel ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1929 ədəd olub. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 214 ədəd çoxdur. Cari ilin aprelin 1-nə bankomatların 1071-i Bakı şəhərində, 848-i isə digər şəhər və rayonlarda yerləşir.
 

Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8857 ədəd olub. Cari dövrdə pos-terminalların 8027-si Bakı şəhərində, 830-u isə digər regionlarda yerləşir.

 

2011-ci il aprel ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 7% artaraq 4 milyon 342 min ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4 milyon 973 min ədəd olub. Onlardan 95%-i debet kartlarının payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə