Sahibə Qafarova: "Azərbaycan dövləti elmin inkişafını özünün prioritetləri sırasında görür" - MÜNASİBƏT
"Bu gün Azərbaycan yüksək sürətli inkişaf tempinə malikdir və əldə edilən nəticələr bütün sahələr üzrə inkişaf meyllərini şərtləndirir. Təbii ki, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmin inkişafında da son dövrlər böyük inkişaf baş verib". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanda elm sahəsində aparılan islahatlara münasibət bildirən Bakı Slavyan Universitetinin prorektoru, millət vəkili, professor Sahibə Qafarova səsləndirib. Onun sözlərinə görə, bütün digər sahələrdə olduğu kimi, ölkəmizdə elmin inkişafı sahəsində də əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiririlr. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elmi potensialın qorunması, inkişaf etdirilməsi yönündə çox mühüm addımlar atılmaqdadır: "Bilirsiniz ki, 2009-cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilib. Təbii ki, bu Dövlət Proqramının qəbulu Azərbaycanda elmin inkişafı sahəsində yeni pəncərənin açılmasına, yeni perspektivlərin yaranmasına imkan verib. Daha sonra elmi potensialın inkişaf etdirilməsi, mütəxəssislərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində növbəti qərar qəbul olunub və dövlətimizin başçısının 19 fevral 2010-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsi" təsdiq edilib. Bu Fondun fəaliyyəti həm dövlətin elm sahəsinə diqqətini göstərir, həm də alimlərimiz üçün geniş fəaliyyət sferası yaradır. Dövlət tərəfindən ayrılan vəsait hesabına həm elmi texnologiyaların inkişafı yönündə, həm də elmi araşdırmaların stimullaşdırılması istiqamətində mühüm işlər görülür. Ona görə də, mən hesab edirəm ki, fondun fəaliyyətə başlaması elmi ictimaiyyət üçün olduqca mühüm hadisədir".
Millət vəkili Sahibə Qafarova vurğulayıb ki, son illər ərzində, elm müəssisələrinin maddi-texniki təminatlarının gücləndirilməsi, elmi işçilərin maddi rifah halının yaxşılaşdırılması, akademik və elmi məktəblərin qorunub saxlanılması və elmi kadr hazırlığı işinin, Milli Elmlər Akademiyasının strukturunun təkmilləşdirilməsi yönündə qəbul olunmuş qərarlar və atılan ardıcıl addımlar dövlətin bu sahəyə verdiyi yüksək dəyər və diqqətin təsdiqidir: "Bir neçə gün öncə isə Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında şəxsən iştirak etməsi, alimlərlə görüşməsi, onların təklif və təşəbbüslərinə dərhal reaksiya verərək konkret tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verməsi bir daha onu göstərdi ki, Azərbaycan dövləti iqtisadi imkanları gücləndikcə bütün sahələrə, həmçinin, elm sahəsində islahatlara diqqəti daha da artırır, o cümlədən, elmin inkişafını özünün prioritetləri sırasında görür, problemlərin dərhal həllinə nail olmağa çalışır. Ona görə də mən hesab edirəm ki, dövlətin ortaya qoyduğu iradə və həyata keçirilən məqsədyönlü siyasət hər bir elm xadimi tərəfindən yüksək qarşılanır və alimlərimiz bundan sonra da Azərbaycan dövlətinin inkişafı, respublikamızın beynəlxalq nüfuzunun möhkəmlənməsi, dünya elminə inteqrasiya, ölkəmizdə bütün sahələrin paralel inkişafında öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB