Beynəlxalq maliyyə resursları iqtisadiyyatın inkişafı üçün faydalı ola bilər - RƏY ÖZƏL

Beynəlxalq maliyyə resursları iqtisadiyyatın inkişafı üçün faydalı ola bilər - RƏY ÖZƏL

“Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən beynəlxalq maliyyə resursları və beynəlxalq təşkilatlarla çox gözəl iş birlikləri qurub. Demək olar ki, dünyada mövcud olan ən böyük beynəlxalq maliyyə korporasiyaları, maliyyə resursları Azərbaycanda artıq 30 ilə yaxındır ki, fəaliyyət göstərirlər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, uzun müddətdir bu cür əməkdaşlıqlar Azərbaycan iqtisadiyyatını bugünkü səviyyəyə, yəni ən yüksək səviyyəsinə gətirib çıxarıb: “Heç şübhəsiz ki, bu əməkdaşlıq imkan verir ki, hətta böhran vaxtlarında da, yəni post-pandemiya dövründə birgə iqtisadiyyatın yenidən şaxələnməsi, inkişafı və dayanıqlılığın təmin olunması istiqamətində mütəmadi olaraq dövlətlər əməkdaşlıq çərçivəsində müzakirələr aparırlar”.

M.Əfəndiyev bildirib ki, post-pandemiya dövründə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı istiqamətində artıq hökümət tərəfindən işlər başlanılıb və beynəlxalq maliyyə resursları da bu sahədə hökümət üçün faydalı ola biləcəyini demək olar: “Pandemiya dünya üçün yeni bir şok idi və bundan çıxış yolları müxtəlifdir. Hər bir dövlətin bununla əlaqədar öz variantı var. Ona görə də bu məsələlər çox həssaslıqla müzakirə olunmalıdır və ən yaxşı inkişafa, dayanıqlılığa, iqtisadiyyatın daha da inkişaf etməsinə yönəlmiş maliyyə qərarlaşmalıdır və bu qərarlaşmada statistik beynəlxalq maliyyə resurlarının da rolu ola bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə