Mayın 1-də yeni OPEC + sazişinin qüvvəyə minməsi fonunda neft qiymətlərində ciddi artım gözlənilməməlidir. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə "İzvestiya" nın keçirdiyi sorğuda iştirak edən mütəxəssislər bildirib.
Sazişin şərtlərinə görə, razılaşmanı imzalayan ölkələr, eləcə də onlara qoşulan dövlətlər neft hasilatını gündə təxminən 15 milyon barel azaldır. Ən böyük öhdəlikləri ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya Federasiyası öz üzərinə götürub.
Mütəxəssislər qeyd edirlər ki, neft hazilatının azalmasından tez bir zamanda müsbət effekt gözləmək olmaz. Birincisi, bazar neftə tələb artımını gözləməli, digər tərəfdən də son aylar ərzində toplanmış artıqlıqları realizə etməli olacaq.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB