"Audit fəaliyyətinin azalması bizi narahat etməyə bilməz" Tahir Mirkişili
"Dövlət maliyyə nəzarəti orqanın fəaliyyətinin anlaşılan olması vətəndaşın inamını daha da artıran parametrlərdir. Daimi olaraq beynəlxalq təcrübənin öyrənilməsi palatanın elmi fəaliyyətinin güclənməsi deməkdir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, 2019-cu ildə ilk dəfə təkcə xərclərin deyil, həm də büdcə gəlirlərinin audit edilməsi mühüm addımdır.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi Hesablama Palatasının hesabatına müsbət rəy verdiyini deyən T. Mirkişili söyləyib ki, amma buna baxmayaraq, hesabatda bizi narahat edən bəzi məqamlar da var.
Onun sözlərinə görə, 2019-cu ildə audit fəaliyyətinin azalması bizi narahat etməyə bilməz: "Yoxlanılan təşkilatların informasiya sistemlərinə çıxışının az olması qarşıya qoyulan hədəflərə nail olunmasına ciddi əngəl yaradan amillərdəndir. Uğurlu fəaliyyətin əsas kriteriyası yalnız cəza vermək büdcəyə vəsait cəlb etmək deyil. Azərbaycanda sosial dövlət konsepsiyasının həyata keçirildiyini nəzərə almalıyıq".
O qeyd edib ki, hesabat həm də komitə qarşısında böyük çağırışlar yaradır: "Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var - xüsusilə Büdcə Məcəlləsinin qəbul edilməsinə. "Satınalmalar haqqında" qanunun təkmilləşdirilməsinə də zəruri ehtiyac yaranıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB