Ziyad Səmədzadə: “Yaxın vaxtlarda büdcə dəyişiklikləri ilə əlaqədar qanun layihəsi Milli Məclisə daxil olacaq”

Ziyad Səmədzadə: “Yaxın vaxtlarda büdcə dəyişiklikləri ilə əlaqədar qanun layihəsi Milli Məclisə daxil olacaq”
"Büdcə sistemi haqqında qanunda nəzərdə tutulub ki, tələb olunan vaxtlarda büdcədə dəyişiklik etmək olar". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açılamasında Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, ölkə prezidenti də Nazirlər Kabinetinin iclasında bu məsələ ilə bağlı fikirlərini açıqlayıb. Z.Səmədzadə qeyd edib ki, bir sıra sosial məsələlər daha yüksək səviyyədə həll olunacaq, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış insanların pensiyasında dəyişiklik olacaq.

"Digər vacib investisiya layihələrinin maliyyələşdirilməsi məsələsi ön plana çəkiləcək. Bütün bunlar da büdcədə dəyişiklərin edilməsinə zərurət yaradır. Hələlik hökumətin tapşırıqları əsasında hesablamalar aparılır. Yaxın vaxtlarda büdcə dəyişiklikləri ilə əlaqədar qanun layihəsi Milli Məclisə daxil olacaq və biz də bunu müzakirə edib qərar qəbul edəcəyik. Hazırda büdcənin dürüstləşdirilməsi üçün hesablamalar aparılır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə