İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib

İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

SİA xəbər verir ki, qərara əsasən, İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi..

Bütün xəbərlər Facebook səhifəmizdə