10 minlərlə iş yeri yeni əmək müqavilələri ilə leqallaşdırıldı ÖZƏL - AÇIQLAMA
"Sahibkarlıq subyektləri ölkə başçısının çağırışını yüksək tutaraq nəinki iş yerlərini bağladı, hətta, yeni əmək müqavilələrini bağlayaraq 10 minlərlə iş yerlərini leqallaşdırdı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü deputat Azər Badamov ölkədə iş yerlərinin və əməkhaqlarının qorunması istiqamətdində atılan addımlardan danışarkən deyib.
O bildirib ki, xüsusi karantin rejimin tətbiq olunması iqtisadiyyatın bir çox sektorlarında iş yerlərinin bağlanması və kütləvi işsizliyin yaranması təhlükəsini yaratmışdı və ölkə başçısı biznes strukrurlarına da iş yerlərinin bağlanmaması və dövlət dəstəyi göstəriləcəyi ilə bağlı çağırış etmişdi, vəziyyət onu göstərdi ki, sahibkarlıq subyektləri ölkə başçısının çağırışını yüksək tutaraq nəinki iş yerlərini bağladı, hətta, yeni əmək müqavilələrini bağlayaraq 10 minlərlə iş yerlərini leqallaşdırdı: "Dövlət başçısı iş yerlərinin və əməkhaqlarının qorunması məqsədilə Nazirlər Kabinetinə müvafiq tapşırıq verdi və işçi qrup yaradıldı. Müvafiq işçi qrup məşğulluq və sosial rifaha dövlət dəstəyinin göstərilməsi üçün proqram hazırladı. Bu proqram 4 tədbir və 10 istiqaməti özündə ehtiva edir. Bu tədbir və istiqamətlər ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar iş fəaliyyəti dayanmış sahələrdə işləyənlərə əməkhaqlarının ödənilməsinə və əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinə dövlət dəstəyini göstərməkdən ibarət olmuşdur. Burada dövlət sektorunda işləyən və evdə qalmağa məcbur olmuş 910 min şəxsin əmək haqlarının ödənilməsi, qeyri-neft sektorunda çalışan 720 min nəfərdən çox şəxsə əməkhaqlarının ödənilməsinə dövlət dəstəyinin göstərilməsi, ödənişli iş yerlərinin sayının 90 minə çatdırılması, 12 min ailənin özünəməşğulluq proqramına cəlb edilməsi, xüsusi karantin dövründə işləməyən 600 min insana 190 manat yardımın göstərilməsi, ünvanlı sosial yardımın verilməsində şərtlərin sadələşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi və s. daxildir".
Millət vəkili qeyd edib ki, məşğulluq və sosial rifahla bağlı tədbirlər 2,5 milyon insanı əhatə edəcək və 3 milyard manata yaxın dövlət vəsaiti sərf olunacaqdır: "Ölkə başçısı qeyd etmişdi ki, bizim üçün prioritet insanların sağlamlığı və sosial rifahının müdafiəsidir. İcra olunan tədbirlər də bu istiqamətə xidmət edir və bu, bir daha dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşının dayandığının göstəricisidir. Bu çətin dövrdə Azərbaycan dövlətinin öz xalqının sosial müdafiəsinə bütün resurslarının cəlb edilməsini çox müsbət hal hesab edirəm və xalqımız bir daha inandı ki, onun qarantı alternativsiz Prezidentimiz və dövlətimizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB